“Real”ın heyətində ciddi itki yaşanıb

3 Noyabr 2025 20:18 (UTC+04:00)

"Real Madrid"in heyətində ciddi itki baş verib.

Aznews.az xəbər verir ki, La Liqa təmsilçisinin futbolçusu Franko Mastantuono sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Argentinalı vingerə qasıq sümüyü iltihabı diaqnozu qoyulub. 28 yaşlı ön xətt oyunçusunun müalicəsinə başlanılıb. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı məlum deyil.

Qeyd edək ki, Argentina millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.