Nepalda Yalung Ri Peak baza düşərgəsində qar uçqunu baş verib, nəticədə 7 nəfər ölüb, 4 nəfər isə itkin düşüb.
Bu barədə yerli “Kathmandu Post” qəzeti polisə istinadən məlumat yayıb.
"Ölənlər arasında üç ABŞ vətəndaşı , bir Kanada, bir İtaliya və iki Nepal vətəndaşı var",- deyə Dolakha rayon polis rəisinin müavini Gyan Kumar Mahato bildirib.
O əlavə edib ki, daha 4 nəfər yaralanıb. Polisin məlumatına görə, qar uçqunu bir qrup əcnəbi və nepallı alpinist və onların bələdçiləri Dolma Xanqın (6332 m) ən yüksək zirvəsinə qalxmağa hazırlaşaraq Yalunq Ri dağının ətəyində düşərgə qurarkən baş verib. Ərazidə xilasetmə işləri davam edir.
Mövsüm,
AzNews.az