Azərbaycanın futzal və voleybol milliləri İslamiadada mübarizəyə başlayırlar

4 Noyabr 2025 09:23 (UTC+04:00)

Azərbaycan təmsilçiləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün mübarizəyə başlayırlar.

Aznews.az xəbər verir ki, qadınlardan ibarət voleybol yığması ilk görüşündə İran kollektivi ilə üz-üzə gələcək.

Oyun saat 14:00-da start götürəcək.

Futzal millisi A qrupunda Liviya ilə münasibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Şahzadə Feysəl ibn Fərhad Olimpiya Kompleksində, Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış tədbiri isə 21-də baş tutacaq.