İran xarici işlər nazirinin müavini Azərbaycanda

10 Sentyabr 2013 14:34 (UTC+04:00)
İran xarici işlər nazirinin hüquqi və beynəlxalq məsələlər üzrə müavini Məhəmməd Mehdi Axundzadənin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.

Səfərdə məqsəd Xəzəri hüquqi statusu ilə bağlı işçi qrupun bu həftə Bakıda keçiriləcək iclasında iştirak etməkdir. Yığıncaqda beş Xəzəryanı dövlətin nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, Xəzərin hüquqi statusu 1991-ci ildən Azərbaycan, Rusiya, Qazaxıstan, İran və Türkmənistan arasında müzakirə olunur.(apa)

AzNews.az