Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olduğunu bir daha təsdiqləyib.
Aznews.az xəbər verir ki, Orbeli Forumunda çıxış edən Baş nazirin sözlərinə görə, bu gün Ermənistan və Azərbaycan arasında uğur hekayələri var ki, bunun başlanğıcı 2024-cü ildə iki ölkə arasında başlanmış sərhədin demarkasiyası prosesi olub.
Ermənistanın Baş nazirinin sözlərinə görə, ən böyük uğur hekayəsi 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən və Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin qurulmasına dair bəyannamənin qəbulu və sazişin paraflanması ilə nəticələnən sülh sammiti olub.
"Beləliklə, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülh yarandı", - Nikol Paşinyan vurğulayıb.