DYP-dən sürücüyə gülünc məktub- FOTO

10 Sentyabr 2013 14:43 (UTC+04:00)
Bakının Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsindən sürücüyə qəribə məktub gəlib.

Məktubun surəti sosial şəbəkələrdə yayılıb. Məktubda deyilir ki, Bakı-Qazax magistralının 210-cu kilometrliyində "Nissan" markalı avtomobil sürət həddi 90 km/c olan ərazidə 76 km/s sürətlə idarə edilib. Buna görə də sənədlər Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinə göndərilib. Şöbənin rəisi Taləddin Axundovun imzaladığı məktubda sürücüdən avtomaşının sənədləri ilə birlikdə qısa müddət ərzində DYPŞ-yə getmək tələb olunur.(musavat.com)

AzNews.az