2019-2024-cü illər ərzində Azərbaycanın hüquq-mühafizə orqanlarının narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə çərçivəsində 47.863 fakt aşkar edilib.
Aznews.az xəbər verir ki, bu barədə 28-31 oktyabr tarixlərində Vyana şəhərində Narkotiklərlə bağlı qanunlara riayət olunmasının təmin edilməsi üzrə milli idarələrin rəhbərlərinin 16-cı iclasında bildirilib.
Bildirilib ki, bundan əlavə, qeyd olunan dövrdə 33,5 ton müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinin qarşısı alınıb, 510 nəfəri əcnəbi olmaqla, ümumilikdə 39.002 şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Rəsmi statistikaya görə, son iki ildə qonşu ölkələrdən Azərbaycan vasitəsilə 10 narkotik qaçaqmalçılığı cəhdi qeydə alınıb və nəticədə 600 kiloqram narkotik vasitə müsadirə edilib.