Baş prokuror: Azad olunmuş ərazilərdə hüquq və ədalətin qorunması müqəddəs borcdur

5 Noyabr 2025 11:05 (UTC+04:00)

Bu gün şəhidlərin qanı bahasına azad olunmuş torpaqlarda hüququn, ədalətin və sülhün qorunması hər bir əməkdaşın müqəddəs borcudur.

Aznews.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev "Zəfərin beş ili: Dövlətçilik və hüququn qələbəsi" mövzusunda konfransda deyib.

O bildirib ki, hər bir məmur, o cümlədən prokurorluq əməkdaşları bu amalın icrasında öz məsuliyyətlərini dərindən dərk etməli, xidməti vəzifələrini vicdanla, ləyaqətlə icra etməlidirlər:

"Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında Xankəndi şəhər, Qubadlı, Kəlbəcər və Ağdam hərbi prokurorluqları yaradılıb. Hazırda adları qeyd edilən prokurorluqların hər birində xidməti fəaliyyətin icrası məqsədilə zəruri şərait təmin edilib, ştat vahidlərinin komplektləşdirilməsi həyata keçirilib".

AzNews.az