"Vega İnvestment" MMC nizamnamə kapitalını 1 000 dəfə azaldaraq 17 milyon manatdan 17 min manata endirdiyini elan edib.
Aznews.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar 1 ay ərzində öz tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, ev 1, mənzil 83 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Vega İnvestment" bu il yaradılıb. Onun qanuni təmsilçisi isə Məmmədəli Yaşar oğlu Hüseynovdur.