Qazaxıstan əlifbası Azərbaycan əlifbasına uyğunlaşdırılsın- Təklif

10 Sentyabr 2013 15:22 (UTC+04:00)
Qazaxıstan əlifbasının Azərbaycan və türk əlifbalarına uyğunlaşdırılması təklif edilib.

AzNews.az Azərbaycan Milli Elmlər Akademiyasının saytına istinadən bildirir ki, AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Məsud Mahmudov ölkəmizin latın qrafikalı əlifbaya keçid təcrübəsini Qazaxıstanın elm və təhsil işçiləri ilə bölüşüb. Azərbaycanlı mütəxəssis bu islahatlarda iştirak edən digər türkdilli respublikaların, o cümlədən Orta Asiya ölkələrinin təqdim etdiyi layihələrlə tanış olub, onlar barədə fikir mübadiləsində iştirak edib.

Dilçi alimimiz gələcəkdə ortaq türk əlifbasına keçid problemini aradan qaldırmaq üçün Qazaxıstan əlifbasının Azərbaycan və türk əlifbalarına uyğunlaşdırılmasının məqsədəuyğun olduğunu bildirib.

Qazaxıstan Dövlət Dil Komissiyasının üzvlüyünə də qəbul olunmuş M.Mahmudov bildirib ki, qonşu ölkə bütün islahat təkliflərini dəyərləndirdikdən sonra 2025-ci ildə tam şəkildə latın qrafikalı əlifbaya keçəcək.

AzNews.az