Fransada avtomobil bir qrup insanı vurub, 10 nəfər yaralanıb

5 Noyabr 2025 17:37 (UTC+04:00)

Fransanın Oleron adasında avtomobil qəsdən bir qrup insanı vurub, 10 nəfər yaralanıb.

Bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

"Çərşənbə günü səhər saatlarında Oleron adasında (Charente-Maritime) sürücü qəsdən bir neçə nəfəri, piyadaları və velosipedçini vuraraq 10 nəfəri vurub", - məlumatda deyilir.

Nəşrin məlumatına görə, 30 yaşlı Fransa vətəndaşı saxlanılıb. O, hüquq-mühafizə orqanlarına narkotik və alkoqol problemlərinə görə tanınsa da, radikal fəaliyyətə meylli şəxs kimi siyahıya salınmayıb.

Həmin şəxs həbs olunmazdan əvvəl avtomobilini yandırmağa cəhd edib. Polis içəridə qismən yanmış qaz balonları aşkar edib.

Mövsüm,

AzNews.az