Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilir - FOTO

6 Noyabr 2025 10:22 (UTC+04:00)

Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə Bakıda hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir.

Aznews.az xəbər verir ki, hərbi qulluqçular saat 12:00-dək aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:

* Şəhidlər Xiyabanı - “Alov Qüllələri” Kompleksi - “İçərişəhər” metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli;

* Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

* “Olimpik Star” İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İ.Nəsimi heykəli - Neftçilər prospekti;