Xəzərin hüquqi statusu müzakirəyə çıxarılacaq

10 Sentyabr 2013 15:43 (UTC+04:00)
Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üzrə 33-cü iclas Bakıda keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, iclasda Xəzərin hüquqi statusuna dair konvensiya layihəsi müzakirə olunacaq.

E.Abdullayev bildirib ki, Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiyanı Prezidentin demarkasiya və delimitasiya üzrə xüsusi nümayəndəsi İqor Bradçikov, Qazaxıstanı xarici işlər nazirinin müavini Kayrat Sarıbay, İranı Məhəmməd Axundzadə, Türkmənistanı isə Murad Atacanov təmsil edəcək.

AzNews.az