Fransada döyülən soydaşlarımızla bağlı yeni xəbər

10 Sentyabr 2013 15:43 (UTC+04:00)
"Fransa Prokurorluğu işi dayandırıbsa, bu, məhkəmənin sona yetməsi demək deyil".

Bunu XİN mətbuat xidmətinin rəhbəri Elman Abdullayev Fransda ermənilər tərəfindən döyülən soydaşlarımız Mirvari Fətəliyeva və Vüsal Hüseynovun cinayət işinin bağlanmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, məsələ ilə bağlı yenidən məhkəməyə müraciət ediləcək.

Qeyd edək ki, "Paris Azərbaycan Evi"nin rəhbəri Mirvari Fətəliyeva bildirib ki, Fransa prokurorluğu işin bağlanmasına qərar verib. Onun sözlərinə görə, dəlil yetərsizliyindən dolayı Fransa prokurorluğu işi dayandırıb.

Xatırladaq ki, bu il fevralın 26-da "Paris Azərbaycan Evi"nin rəhbəri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynovun Fransa parlamentinin binasında erməni diasporunun nümayəndələri tərəfindən vəhşicəsinə döyülməsi ilə bağlı iş əvvəlcə Fransa Jandarmeriyasına, daha sonra Paris prokurorluğuna verilib. Azərbaycan Respublikasının Baş prokuroru hadisə ilə bağlı Fransa Respublikasının Ali Məhkəməsi yanında Baş prokurora və Paris Apellyasiya Məhkəməsi yanında Baş prokurora müraciət edib. (modern.az)

AzNews.az