Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan vasitəsilə idxalını nəzərdən keçirir

6 Noyabr 2025 13:04 (UTC+04:00)

Ermənistan Rusiyadan müxtəlif malların Azərbaycan vasitəsilə dəmir yolu ilə idxalını nəzərdən keçirir.

Aznews.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.

Paşinyan brifinqdə 90-cı illərdən bəri ilk dəfə olaraq Rusiyadan taxıl partiyasının tranzitlə idxalını şərh edərkən deyib ki, hazırda Rusiyadan müxtəlif malların idxalı üçün müraciətlər hazırlanır.