Dünyanın ən çox qazanan futbolçusu kim olacaq?

10 Sentyabr 2013 18:55 (UTC+04:00)
İspaniyanın "Real" (Madrid) klubu hücumçu Kriştiano Ronaldonu dünyanın ən çox qazanan futbolçusu etməyi planlaşdırır.

Trend-in Britaniyanın "Sunday Times" qəzetinə istinadən verdiyi məlumata görə, "Kral" klubu sentyabrın 22-dək portuqaliyalı ilə yeni 5 illik müqavilə imzalayacaq. Ronaldo il ərzində 15 milyon avro gəlir əldə edəcək ki, bu da onu dünyanın ən çox qazanan futbolçusu edəcək.

Xatırladaq ki, daha əvvəl bu titul il ərzində 20 milyon avro qazanan Mahaçqalanın "Anji" klubunun kamerunlu futbolçusu Samuel Etoya məxsus idi. Lakin İngiltərənin "Çelsi" klubuna keçdikdən sonra onun məvacibi bir neçə dəfə azalıb.

AzNews.az