Noyabrın 5-də Ermənistanın sabiq prezidenti Serj Sarkisyan barəsində Ermənistan Cinayət Məcəlləsinin 435-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi üzrə, yəni xüsusilə külli miqdarda rüşvət alma faktı ilə ictimai cinayət işi başlanıb.
AzNews.az İrəvan mediasına istinadən xəbər verir ki, həmin maddə yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Qeyd olunur ki, Ermənistan Respublika Partiyasının (RPA) sədr müavini Armen Aşotyan hələ 2019-cu ildə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin Serj Sarkisyanın ölkədən çıxışını məhdudlaşdırdığını açıqlayıb.
Aşotyan sosial şəbəkədə yazıb:
“Bu gün günorta saatlarında eks prezident istintaq orqanlarından birinə çağırılıb və ona yeni ittiham irəli sürülüb. Söhbət mərhum iş adamı Mixail Bağdasarovun ifadəsindən gedir. Həmin ifadə səhv tərcümə nəticəsində sənədləşdirilmiş, lakin üzbəüz görüş zamanı Bağdasarov özü onu təkzib etmişdi.”
AzNews.az