Çexiyanın baş naziri Petr Fiala hökuməti kollektiv istefa verib.
Bu barədə baş nazirin özü məlumat verib.
"Hökumət öz iclasında istefa vermək qərarına gəlib. Bu gün mən [istefa məktubunu] saat 16:00-da Respublika Prezidentinə təhvil edəcəyəm", - ČTK xəbər agentliyi Fialanın çıxışının videosunu dərc edib .
Konstitusiyaya görə, ölkə prezidenti Petr Pavel onun istefasını qəbul etdikdən sonra nazirlərdən yeni hökumət təyin olunana qədər müvəqqəti olaraq öz vəzifələrini yerinə yetirmək tələb olunacaq.
Mövsüm,
AzNews.az