Finlandiyanın milli-mühafizəkar “Azadlıq Alyansı” partiyasının üzvü Armando Mema bəyan edib ki, Avropa ölkələri Rusiyaya qarşı “proksi müharibəsini” maliyyələşdirməyə davam etməklə odla oynayır.
O, fikirlərini X sosial şəbəkəsində (keçmiş Twitter) paylaşıb:
“Bu, zarafat deyil, son dərəcə ciddi vəziyyətdir. Avropa Rusiyaya qarşı münaqişənin davamı üçün vəsait ayırmaqla odla oynayır,” — deyə Mema vurğulayıb.
Siyasətçi bu fikirləri Rusiya prezidenti Vladimir Putinin nüvə sınaqlarının bərpası ilə bağlı təkliflərin hazırlanması göstərişini şərh edərkən bildirib.
Mövsüm,
AzNews.az