Nensi Pelosi 2026-cı ildə Konqresə namizədliyini irəli sürməyəcək

6 Noyabr 2025 18:28 (UTC+04:00)

ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, ermənipərəst konqresmen Nensi Pelosi 2026-cı ilin noyabrında Konqresə keçiriləcək seçkilərdə namizədliyini irəli sürməyəcəyini elan edib.

Bu barədə Aznews.az CNN-ə istinadən xəbər verir.

"Mən yenidən namizədliyimi irəli sürməyəcəyəm", - o bildirib.

85 yaşlı Nensi Pelosi San-Fransiskodakı seçicilərinə ünvanladığı və onun siyasi bioqrafiyasından kadrlarla müşayiət olunan videoçarxda qırx ilə yaxın davam edən karyerasını başa vurduğunu elan edib.