İordaniya parlamentində həyacanlı anlar

10 Sentyabr 2013 16:04 (UTC+04:00)
Bu gün İordaniya parlamentində atışma baş verib.

Deputat Talal Şərif parlamentin iclası zamanı həmkarı Kusaya Dmeysiyə atəş açıb.

Hadisə iki siyasi opponent arasında mübahisə zamanı baş verib. Güllə Kusaya Demeysidən yan keçib. Digər deputatlar arasında da zərərçəkən yoxdur. Ancaq olayla bağlı parlamentin işi müvəqqəti dayandırılıb. Polis araşdırma aparır.(lent.az)

AzNews.az