Əməkdar artist Vahid Əliyev vəfat edib

6 Noyabr 2025 19:19 (UTC+04:00)

Əməkdar artist Vahid Əliyev vəfat edib.

Xatırladaq ki, aktyor bir neçə il öncə infakt keçirmiş və daha sonra əməliyyat olunmuşdu.

Aznews.az xəbər verir ki, Vahid Əliyev 7 fevral 1952-ci ildə Tovuzda anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət institutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib.

1975-ci ildən Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrın aktyoru kimi fəaliyyət göstərən Vahid Əliyev 2011-ci ilin mayın Əməkdar artist fəxri adına layiq görülüb.