Tramp Putinlə görüşünü Orbanla müzakirə edəcəyini bildirib

7 Noyabr 2025 22:04 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanla Rusiya prezidenti Vladimir Putinlə görüşün təşkili imkanını müzakirə etmək niyyətini təsdiqləyib .

"Putinlə görüşlər - bəli, Viktorla bu barədə danışdıq. O, Putini başa düşür və onu çox yaxşı tanıyır", - Tramp jurnalistlərə müraciət edərək deyib.

ABŞ prezidenti həmçinin Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivləri ilə bağlı nikbin olduğunu bildirib. ABŞ lideri münaqişənin “yaxın gələcəkdə” bitəcəyinə əmin olduğunu bəyan edib.