Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradla bağlı hazırlıq işləri tamamlanıb.
Aznews.az xəbər verir ki, paradda keçid edəcək şəxsi heyət, hərbi texnika artıq hazır vəziyyətə gətirilib.
Həmin əraziyə yaxın küçə və prospektlər, eləcə də binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib.
Qeyd edək ki, bu gün Bakıda Vətən Müharibəsində Zəfərin 5 illiyinə həsr olunan hərbi parad keçiriləcək. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı gözlənilir.
Bundan başqa, paradı izləmək üçün Bakıya Slovakiyanın, Serbiyanın və digər ölkələrin dövlət nümayəndələri də gəliblər.