Macarıstan səfirliyi Azərbaycanı Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik edib

8 Noyabr 2025 11:41 (UTC+04:00)

Macarıstanın Bakıdakı səfirliyi Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib.

Aznews.az xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin feysbuk səhifəsində paylaşım edilib.

"Səfirliyimiz bütün Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə təbrik edir!", - paylaşımda qeyd olunub.