“Bu Zəfəri bir son olaraq deyil, Cənubi Qafqazda qalıcı sülhə gedən yolun əsası olaraq görürük”.
Aznews.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda deyib.
Türkiyə Prezidenti bildirib ki, Cənubi Qafqazda sülhün hakim olması Asiyadan Avropaya bütün bölgənin rifahına xidmət edəcəyi qənaətindədir: “Xüsusilə vurğulamaq istəyirəm ki, biz qalıcı sülhün əldə ediləcəyinə son dərəcə ümidliyik. İlham Əliyev qardaşımın qalıcı sülhün təsisi üçün göstərdiyi səmimi səylərini təqdirlə qarşılayırıq”.