Bakıda hərbi paradda "Vikinq" hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş etdirilib

8 Noyabr 2025 15:06 (UTC+04:00)

Azərbaycan Ordusunun arsenalına yeni hərbi texnikalar əlavə edilib.

Aznews.az xəbər verir ki, noyabrın 8-də Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş hərbi paradda silahlanmaya yeni qəbul edilmiş yerli milli müdafiə sənayesinin "Vikinq" hava hədəflərinə qarşı mobil döyüş kompleksi nümayiş edilib.