Hökumət müxalifətin mitinqinə icazə verdi
10 Sentyabr 2013 20:59 (UTC+04:00)
Moskva meriyası Aleksey Navalnının tərəfdarlarının paytaxtın Bolotnaya meydanında növbəti kütləvi aksiya keçirməsinə icazə verib.
Təşkilatçıların müraciətində aksiyanın sentyabrın 14-də 25 min nəfərin iştirakı ilə keçiriləcəyi bildirilib.
A. Navalnının seçki qərargahının rəhbəri Leonid Volkov hələlik mitinqin keçiriləcəyi haqda qəti qərarın verilmədiyini söyləyib.
Qeyd edək ki, sentyabrın 9-da A. Navalnının tərəfdarları Bolotnaya meydanında mitinq keçiriblər. Onlar mer seçkilərinin ikinci turunun elan olunması tələbini irəli sürüblər.
Rəsmi məlumata əsasən sentyabrın 8-d keçirilmiş mer seçkilərində 51,37% səslə Sergey Sobyanin qalib gəlib, A. Navalnı isə 27,24% səs toplayıb. Lakin A. Navalnı S. Sobyaninin inzibati resurslardan istifadə nəticəsində 50 faizlik həddi aşdığını söyləyib və ikinci turun keçirilməsini tələb edib.(apa)
AzNews.az