Maştağada dönərxanada yanğın olub

8 Noyabr 2025 19:54 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən yanğınla bağlı məlumat yayıb.

Aznews.az xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 140 m² olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 20 m² olan dönərxana, bitişik sahəsi 15 m² olan ət mağazasının yanar konstruksiyaları, sahəsi 25 m² olan parfumeriya mağazası 10 m², sahəsi 80 m² olan fotostudiya 5 m² sahədə yanıb və lambirdən ibarət tavanı 75 m² sahədə əriyib.

Obyektlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.