Birinci vitse-prezident: Bayrağımız Vətənimizin səmasında əbədi dalğalansın!

9 Noyabr 2025 10:17 (UTC+04:00)

Birinci vitse-prezident Mehriban Əliyeva 9 noyabr Azərbaycan Respublikasının Dövlət bayrağı günü ilə əlaqədar paylaşım edib.

Aznews.az xəbər verir ki, paylaşımda deyilir:

"9 Noyabr Dövlət Bayrağı Günü.

Qoy sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!".