Deputat "Facebook"da tanış olduğu uşağa təcavüz etdi

10 Sentyabr 2013 20:29 (UTC+04:00)
Rusiyanın Stavropol Dumasının deputatı Anton Dubrovski həbs edilib.


Onun barəsində məhkəmə qərarı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Deputat yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə ittiham edilir.

AzNews.az NEWSru-ya istinadən xəbər verir ki, deputat qızla 2013-cü ilin avqustunda sosial şəbəkədə tanış olub. O, özünü qıza model agenti kimi təqdim edərək, onu Stavropoldakı mənzilinə gətirib və çılpaq vəziyyətdə şəkillərini çəkib.

Daha sonra qıza qarşı seksual hərəkətlər edən deputat onu lüt şəkillərini internetdə yaymaqla hədələyib.

Deputata qarşı cinayət işi açılıb.

Elnur
AzNews.az