Birinci xanım prezidentə qarşı çıxdı

10 Sentyabr 2013 21:18 (UTC+04:00)

Amerika prezidenti Barak Obama Suriyaya hərbi müdaxilə üçün dünya liderlərini razı salmağa çalışsa da, ən çətin problem birinci xanımı buna inandırmaqdır.

Türkiyə mətbuatının yazdığına görə, Mişel Obama Suriyaya qarşı hərbi müdaxilənin qəti əleyhinədir və Barak Obama nə qədər cəhd göstəsə də onu fikrindən daşındıra bilməyib.

Birinci xanım Pbs ve Nbc televiziya kanallarına verdiyi müsahibələrdə hərbi müdaxiləyə qarşı olduğunu bildirib.

Prezident Obama da "Ailə üzvlərim bu məsələyə çox diqqətli və şübhə ilə yanaşırlar" deyə vurğulayıb.

Elnur
AzNews.az