Türkiyə Milli Müdafiə Nazirliyi Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunan hərbi paradla bağlı görüntülər paylaşıb.
Aznews.az xəbər verir ki, görüntülər Nazirliyin "X" sosial şəbəkəsində yayımlanıb.
Bildirilib ki, paylaşımda Bakıda hərbi paradda iştirak edən və salam uçuşu həyata keçirən Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcı təyyarəsinin kabinəsindən olan görüntü əks olunub.