Bərdədə nənə və nəvəsi dəm qazından zəhərlənərək ölüb

9 Noyabr 2025 20:51 (UTC+04:00)

Bərdədə iki nəfər dəm qazından zəhərlənərək ölüb.

Aznews.az xəbər verir ki, hadisə rayonun Tumaslı kəndində qeydə alınıb.

Kənd sakini Fətəliyeva Aytən Əsgər qızı nəvəsi Nəcəfov Sadiq Orxan oğlunu çimizdirərkən dəm qazından zəhərləniblər.

Hər iki şəxsin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə Morquna qaldırılıb. Tibbi müayinədən sonra aidiyyəti üzrə təhvil verilib.