CXP lideri Özgür Özəl İlham Əliyevə zəng edib, Zəfər Gününü qutlayıb

9 Noyabr 2025 21:27 (UTC+04:00)

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl Azerbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə telefonla danışıb.

Söhbət zamanı Özgür Özəl qardaş ölkə Azərbaycanın Zəfər Gününün beşinci ildönümü münasibətilə təbriklərini çatdırıb, şəhidlərə rəhmət diləyib.

CHP sədri iki ölkə arasında tarixi bağların mövcud olduğunu qeyd edərək, Türkiyənin Azərbaycanın sevincini də, kədərini də dərin hiss etdiyini vurğulayıb.

Tərəflər Cümhuriyyət Xalq Partiyası ilə Azərbaycan arasında əlaqələrin gücləndirilməsi məsələsində razılığa gəliblər.

Özgür Özəl, həmçinin daha əvvəl Şimali Kipr Türk Cümhuriyyətində gördüyü “Azərbaycan Şəhid Övladları Qrupu”nun vəziyyəti ilə maraqlanıb. Prezident İlham Əliyev bu diqqətdən məmnunluğunu ifadə edərək, həmin uşaqların hər iki ölkənin övladları olduğunu bildirib.

Prezident Əliyev, Cümhuriyyət Xalq Partiyasının Azərbaycana göstərdiyi diqqət və maraqdan məmnun olduğunu qeyd edib.

AzNews.az