Taksim yenə qarışdı

11 Sentyabr 2013 07:01 (UTC+04:00)
Türkiyənin Hatay bölgəsində keçirilən etiraz aksyaları zamanı Əhməd Atakan adlı nümayişçinin ölümü kütləvi aksiyalara təkan verib.

Sentyabrın 9-da keçirilən etiraz aksiyasında nümayişçinin ölməsi qardaş ölkədə kütləvi narazılıqlara səbəb olub. Türkiyə mətbuatını yazdığına görə, ölkənin bir çox şəhərlərində Əhməd Atakanın ölümünə etiraz mitinqləri keçirilir. Həmçinin Taksim meydanında da minlərlə insanın iştirakı ilə aksiyalar başlayıb. Polis nümayişin qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə edib.

Elnur
AzNews.az