Hindistanın paytaxtı Yeni Dehlidə baş verən partlayış nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.
NDTV bu barədə məlumat yayıb.
"Bu axşam tarixi Qırmızı Qala yaxınlığında avtomobilin partladılması nəticəsində 8 nəfər ölüb, 24 nəfər yaralanıb", - məlumatda deyilir.
Partlayışın yaxınlığındakı avtomobillər də yanıb və xeyli ziyan dəyib. Bir furqonun qapısı uçub, digərinin demək olar ki, tamamilə xarab olub, üçüncünün isə qabaq şüşəsi sınıb.
Mövsüm,
AzNews.az