Sarkozi: “Həbs həyatı mənim üçün bir kabus idi”

10 Noyabr 2025 20:05 (UTC+04:00)

Fransanın sabiq prezidenti Nikola Sarkozi Paris Apellyasiya Məhkəməsində çıxışı zamanı həbsdə keçirdiyi günləri “kabus və yorucu sınaq” adlandırıb.

“Bu sınaq mənə məcburən yaşadıldı. Çox ağır idi, hər bir məhbus üçün olduğu kimi, mənim üçün də dözülməz dərəcədə çətin idi. Lakin həbsxana əməkdaşlarının peşəkarlığı bu kabusu bir qədər dözülən etdi,” — deyə Sarkozi bildirib.

Keçmiş prezident həmçinin məhkəmənin bütün çağırışlarına cavab verdiyini vurğulayıb və Liviya lideri Müəmmər Qəddafidən seçki kampaniyası üçün maliyyə yardımı aldığı iddialarını qəti şəkildə rədd edib.

Mövsüm,

AzNews.az