NATO xarici işlər nazirləri 3 dekabrda Brüsseldə görüşəcək

10 Noyabr 2025 20:53 (UTC+04:00)

3 dekabrda Brüsseldə NATO xarici işlər nazirlərinin görüşü keçiriləcək və proqram təsdiqlənəcək.

Aznews.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin açıqlamasında bildirilib.

"NATO xarici işlər nazirləri 3 dekabr 2025-ci ildə Alyansın qərargahında görüşəcəklər. İclasa baş katib Mark Rutte sədrlik edəcək. Ətraflı proqram daha sonra təqdim olunacaq", - açıqlamada bildirilir.