Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Avropa ölkələrindən 167 740 turist səfər edib.
Aznews.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 % azdır.
O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 84 258 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 21,5 % azdır.
Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 27 908 nəfər. Bu, illik müqayisədə 22,8 % azdır.
Bundan əlavə, Belarusdan 20 937 nəfər (-20,4 %), Polşadan 8 266 nəfər (-19,6 %), Moldovadan 3 581 nəfər (−26,7 %), Macarıstandan 3 508 nəfər (-10,1 %), Rumıniyadan 2 841 nəfər (−18,9 %), Çexiyadan 2 801 nəfər (+4,6 %), Litvadan 2 174 nəfər (−39,7 %), Bolqarıstandan 2 003 nəfər (-25,9 %) Latviyadan 1 861 nəfər (−32,3 %), Serbiyadan 1 590 nəfər (-25,2 %), Slovakiyadan 1 440 nəfər (−32,5 %) Estoniyadan 1 426 nəfər (−20,6) Xorvatiyadan 1 284 nəfər (-4,5 %), , %), Sloveniyadan 664 nəfər (-1,6 %) Kiprdən 571 nəfər (+6 %), Monteneqrodan 413 nəfər (+7,6 %), Bosniya və Hersoqovinadan 390 nəfər (-25,7 %), Şimali Makedoniyadan 314 nəfər (-10,5 %), Albaniyadan isə 286 nəfər (−38,1 %) turist gəlib.
9 ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 83 482 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 21,8 % azdır.
Qərbi Avropa ölkələri arasında ən çox turist 20 308 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 21 % azdır.
Bundan əlavə, Almaniyadan 18 353 nəfər (-15,5 %), İtaliyadan 11 221 nəfər (-17,4 %), İspaniyadan 5 850 nəfər (−23 %), Fransadan 5 225 nəfər (−29 %), Niderlanddan 4 877 nəfər (-20,4 %), Avstriyadan 2 393 nəfər (17,1), Belçikadan 2 290 nəfər (−22,7 %), Portuqaliyadan 2 055 nəfər (-25 %), İsveçdən 2 020 nəfər (-39,1 %), Yunanıstandan 1 909 nəfər (- % 2), İsveçrədən 1 813 nəfər (-28,1 %), İrlandiyadan 1 407 nəfər (-28 %), Norveçdən 1 229 nəfər (-40,2 %), Danimarkadan 1 088 nəfər (−44,5 %), Finlandiyadan 701 nəfər (−40,4 %), Lüksemburqdan 364 nəfər (-18,6 %), Maltadan 198 nəfər (-39,4 %), İslandiyadan 187 nəfər (-56,2 %), Andorradan 14 nəfər (-26,3 % ) turist gəlib.