Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

11 Noyabr 2025 13:37 (UTC+04:00)

Sabah avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Aznews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, noyabrın 12-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.