34 “qanuni oğru” Rövşən Lənkəranskiyə qarşı- “PROQON”

11 Sentyabr 2013 07:38 (UTC+04:00)
32 yaşlı azərbaycanlı "qanuni oğru", Rüfət Gancinski kimi tanınan Ülfət Tağıyevin həbsindən sonra bir sıra maraqlı məqamlar ortaya çıxıb.

Ötən ilin dekabrından beynəlxalq axtarışda olan Rüfət Gancinski Rövşən Lənkəranskinin taclandırdığı "qanuni oğru"lardan biri olub. Dubayda keçirilən "sxodka"da onunla bərabər taclandırılan digər "qanuni oğru" Hacı Beylaqanski ləqəbli Hacıbaba Talıbxanlı olub. Rusiya mətbuatı hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, onların hər ikisi Rövşən Lənkəranskinin şəxsi mühafizəçiləri olub.

Hətta onların adı R.Lənkəranskiyə düşmən olan bəzi şəxslərin aradan götürülməsində də hallanır. Polisin bildirdiyinə görə, Rüfət Rusiyaya konkret məqsədlər üçün gəlib. Buna görə də onun həbsi Caniyevin bəzi düşmənlərinin ömrünü uzadıb.

"Praym-Kraym" iddia edir ki, sentyabrın 9-da həbsxanalardakı 34 "qanuni oğru"nun imzası ilə Rövşən Lənkəranski ilə bağlı "proqon" qəbul edilib.

Qela Kardavanın tərəfdarları olan "qanuni oğru"lar "proqon"da İstanbulda keçirilən "sxodka" zamanı Rövşən Lənkəranski tərəfdarları ilə qarşı tərəf arasında baş verənlərə münasibət bildirib: "Əgər bu "proqon" da Rövşən üçün heç nəyi dəyişməyəcəksə, o zaman bu qarşıdurmada iştirak edən Rüfət Gancinski üçün ciddi nəticələri olacaq. Buna görə də o, məhkəmə kürsüsündə oturmazdan əvvəl "qanuni oğru"ların onun barəsində qərar verəcəyi gözlənilir.

Elnur
AzNews.az