“VAZ“ markalı avtomobil yük maşını ilə toqquşaraq yandı

11 Sentyabr 2013 07:45 (UTC+04:00)
Bakının Sabunçu rayonunda "SHACMAN" yük avtomobili və "VAZ" markalı minik avtomobilin toqquşması nəticəsində yanğın baş verib.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nəticəsində "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Digər avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 04:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az