Türkiyəyə məxsus təyyarənin daha iki qalığı tapılıb

12 Noyabr 2025 11:12 (UTC+04:00)

Dünən Gürcüstanda qəzaya uğrayan Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin daha iki qalığı tapılıb.

Bu barədə APA-nın yerli bürosu xəbər verir.

Gürcüstan DİN-in məlumatına görə, axtarışlar gecə saatlarında davam etdirilib.

Türkiyənin "AKINCI" PUA-sının hazırda hadisə yerində axtarış apardığı vurğulanıb.