Paşinyan vaxtilə Ermənistana silah satışından imtina edilmənin səbəblərini açıqlayıb

12 Noyabr 2025 13:26 (UTC+04:00)

Ermənistanın silah əldə etmə strategiyası legitimliyə əsaslanır.

Aznews.az xəbər verir ki, bunu ölkənin Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

"Niyə indi silah əldə edə bilərik, əvvəllər isə yox? Ən əsası odur ki, indi strategiyamız legitimliyə əsaslanır. O zaman açıq şəkildə deyirdilər ki, bizə silah sata bilməzlər, çünki bizim bu silahları öz suveren ərazimizin xaricində istifadə etməyəcəyimizə, yəni beynəlxalq səviyyədə tanınmış sərhədlərimiz olmayan ərazilərdə yerləşdirməyəcəyimizə zəmanətləri yox idi", - o bildirib.