İslandiya millisinin kapitanı: "Azərbaycan yığması ilə matç bizim üçün çətin olacaq"

12 Noyabr 2025 17:24 (UTC+04:00)

Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyun İslandiya millisi üçün çətin olacaq.

Aznews.az xəbər verir ki, bu barədə komandanın futbolçusu Hakon Arnar Haraldsson mətbuat konfransında deyib.

Kapitan Azərbaycan komandasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Rəqib artıq gücünü artırıb. Sabah bizi çətin matç gözləyir. Düşünürəm ki, meydanda gərgin mübarizə gedəcək".

Qeyd edək ki, Azərbaycan - İslandiya matçı sabah, 8-ci km qəsəbə stadionunda saat 21:00-da start götürəcək.