Ceyhun Cəlilov Naxçıvanın Baş naziri vəzifəsindən azad edilib

12 Noyabr 2025 17:58 (UTC+04:00)

Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının (MR) Baş naziri vəzifəsindən azad edilib.

Aznews.az xəbər verir ki, Naxçıvan MR Ali Məclisinin noyabrın 12-də keçirilən iclasında bu barədə qərar qəbul edilib.

İclasda qeyd olunub ki, C.Cəlilov Naxçıvan MR-da Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin olunduğu üçün muxtar respublikanın Baş naziri vəzifəsindən azad edilməlidir.

Yekunda bununla bağlı qərar layihəsi səsə qoyularaq qəbul olunub.