Türkiyə və Gürcüstan prezidentləri təyyarə qəzası ilə bağlı son durumu müzakirə ediblər

12 Noyabr 2025 21:32 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilə telefon danışığı aparıb.

Aznews.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Danışıq zamanı Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsi ilə bağlı başlanan axtarış-xilasetmə işlərinə dair son vəziyyət müzakirə olunub.

Gürcüstan Prezidenti qəza nəticəsində şəhid olan hərbçilər üçün Ərdoğana başsağlığı verib.

Türkiyə Prezidenti başsağlığı diləkləri və dəstəyi üçün Gürcüstan Prezidentinə təşəkkürünü bildirib.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarədəki heyətin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa, Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.