Rubio ABŞ-ın nüvə sınaqlarını bərpa etdiyini açıqlayıb

13 Noyabr 2025 10:50 (UTC+04:00)

ABŞ dövlət katibi Marko Rubio bəyan edib ki, ölkənin nüvə potensialının sınaqları yenidən bərpa olunacaq və bu sınaqlara daşıyıcı vasitələr (raketlər, bombalar və s.) də daxil olacaq.

O, bu barədə Kanadanın Ontario əyalətində keçirilən “Böyük yeddilik” (G7) ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra danışıb.

Rubio bildirib ki, prezident Donald Trampın bu qərarı digər ölkələrin atdığı addımlara cavabdır — yəni ABŞ sadəcə rəqibləri ilə “bərabər səviyyədə” qalmaq istəyir.

O həmçinin vurğulayıb ki, sınaqların məqsədi silahların işlək və təhlükəsiz olduğuna əmin olmaqdır.

Rubio xüsusi olaraq Çinin nüvə arsenalını sürətlə artırmasından narahatlığını ifadə edib və deyib:

“Çin tarixdə ən sürətli hərbi güc artırma prosesini həyata keçirir. Bunun bir hissəsi də onların nüvə potensialının genişlənməsidir.”

Mövsüm,

AzNews.az