ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışı olub

13 Noyabr 2025 13:22 (UTC+04:00)

Bu gün Amerika Birləşmiş Ştatlarının İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılışı olub.

Aznews.az xəbər verir ki, ABŞ-ın İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi rəsmi qeydiyyata alınıb.

Ofisin açılışında iştirak edən nümayəndə heyətinə “On İki Həvari Kvorumu”nun üzvü Deyvid Bednar, Yetmişlər Komitəsinin üzvü və Avropa Mərkəzi Ərazi İdarəsinin birinci məsləhətçisi Cek Gerard, Stirlinq Fondunun prezidenti və İdarə Heyətinin sədri Mayls Hansen və Yetmişlər Komitəsinin Mərkəzi Avropa və Avrasiya üzrə kvorumunun üzvü Pol Pikard daxildir.